Accessibility links

İki yanğınsöndürəni qətlə yetirən şəxs 17 il həbsdə olub


Polisin bildirdiyinə görə, dünən iki yanğınsöndürəni qətlə yetirən şəxs nənəsini döyərək öldürdüyünə görə 17 il həbsdə olub.

62 yaşlı Uillyan Spengler bacısı ilə birgə yaşadığı evdə yanğın törədib. Yanğının ətfadakı evlərə yayılması səbəbi ilə 7 ev tamamilə sıradan çıxıb.

O, Nyu-York şəhərindən 450 km-lik məsafədə yerləşən Leyk Ontario bölgəsində iki könüllü yanğınsöndürən güllə ilə öldürüb. Daha sonra isə öz canına qəsd edib.

Digər 2 yanğınsöndürən ciddi şəkildə yaralanıb.

Son insident ABŞ-da silahlara nəzarətlə bağlı qızğın debatlar vaxtına təsadüf edir.

10 gün əvvəl Konnektikut ştatının ibtidai məktəbində silahlı şəxs 20 uşağı qətlə yetirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG