Accessibility links

ABŞ-da daha bir silahlı insident


ABŞ-ın Kolorado ştatının Aurora şəhərində silahlı şəxsin polislə qarşıdurması nəticəsində 4 nəfər həlak olub. Bu şəhər keçən il kinoteatrda qətliamla tarixə düşüb.

Polis bildirir ki, bu gün baş verən atışmada şübhəli şəxs evin içərisinə daxil olaraq özünə barrikada qurub. Daha sonra polis içəri daxil olan zaman o, güllə yarası alaraq ölüb. Onun polislər, yoxsa özü tərəfindən öldürülməsi hələlik dəqiq bilinmir. İçəri daxil olan polislər evdə daha 3 cəsəd aşkar edib. Bİr nəfər isə evdə heç bir xəsarət almadan qaçmağa müvəffəq olub.

Aurora şəhəri keçən il gecə yarı Batman filminin sonuncu seansı zamanı silahlı şəxsin film zalına daxil olaraq qətliam həyata keçirməsi ilə dünya mətbuatının gündəminə düşmüşdü. Hücum zamanı 12 nəfər həlak olmuş, 58 nəfər isə yaralanmışdı.

Polislər deyir ki, şübhəli şəxs Ceyms Holms içəriyə qaz bombası atandan sonra auditoriyanı atəşə tutmuşdu.

Cİnayət işi ilə bağlı ilkin məhkəmə dinləməsinin gələn həftənin bazar ertəsi günü keçirilməsi planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG