Accessibility links

Prezident Obama silah zorakılıqlarına qarşı təkliflər paketi ilə çıxış edib


ABŞ prezidenti Barak Obamanın silah zorakılığı barədə irəli sürdüyü təkliflər paketi güman ki, silah hüquqları müdafiəçiləri və onların əleyhdarları arasında siyasi mübarizəni alovlandıracaq.

Cənab Obama qanunvericiləri təkliflər paketini tez qəbul etməyə çağırıb və uşaqların təhlükəsizliyinin “bizim cəmiyyət olaraq bir nömrəli vəzifəmiz” olduğunu deyib.

“Gəlin düzgün iş tutaq. Gəlin çox sevdiyimiz bu dövlət və uşaqlar üçün düzgün olanı edək,” deyə ABŞ prezidenti qanunvericilərə müraciıət edib.

Çərşənbə günü cənab Obama dekabrın 14-də Konnektikutın Nyutaun qəsəbəsində 20 uşağın və 6 müəllimin həlak olduğu məktəbin şagirdləri ilə görüşüb.

Prezident Obama həmin günü onun prezidentlik dönəminin ən pis günü adandırmış və qanunvericilərin atacağı addımın gələcək nəsillərə təsir edəcəyini demişdir.

Cənab Obamanın təkliflərinə hücum-xarakterli silahların qadağan olunması, silah satışı üçün universal yoxlamalar və əqli sağlamlıq xidmətlərinin təkmilləşdirilməsi daxildir. Prezident Obama habelə polislər və mental sağlamlıq üzrə ekspertlərin silah zorakılıqlarına qarşı effektiv mübarizə apara bilmələri üçün üçün 23 sərəncam imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG