Accessibility links

5 günə 10 min manat toplandı [Fotoqalereya]


5 qəpik kampaniyasına Gəncədən dəstək
5 qəpik kampaniyasına Gəncədən dəstək
“Əsgər ölümlərinə son!” aksiyasına görə cərimələnən şəxslərin cərimələrini ödəmək üçün “5 qəpik” aksiyası başa çatmaq üzrədir. 5 gündür davam edən kampaniyaya çərçivəsində bu günün sonunadək ümumi 10 min manat pul toplanılıb. Təkcə bu gün 2200 manatdan artıq ianə edilib.

"5 qəpik" Facebook səhifəsinin məlumatına görə, 5 gün ərzində 750 ianə həyata keçirilib. Qrup üzvləri 10 500 manat olan cərimə məbləğinin sabah tam olaraq toplanacağına ümid edir.

Kampaniya hər gün saat 20.00-a kimi davam edir. İanələr Nizami metrosu yaxınlığında Murtuza Muxtarov 149 ünvanında yerləşən “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı ofisində (tel: 5964447, 0515882417) və bank vasitəsi ilə (Mustafayev Tehran Telman oğlu - Bank Respublika Hesab (IBAN) AZ75BRES00381184000729625601 (SWIFT - BRESAZ22)) toplanır.

Pullara nəzarət, şəffaflığın təmin olunması və qərarların verilməsi üçün fəal gənclərdən ibarət bir qrup formalaşdırılıb. Qrupda Emin Milli, Ruslan Əsəd, Bəxtiyar Hacıyev, Nərmin Rəhimli və Zaur Əkbər var. (Mətn fotolardan sonra davam edir.)


Aksiyanın təşkilatçılarından Nərmin Rəhimli Amerikanın Səsi radiosuna bildirib ki, ianə edənlərin əksəriyyəti gənclər olsa da, yaşlı nəslin nümayəndələri də ianə toplamağa və etməyə başlayıb. Kampaniyaya qoşulanlar arasında müxtəlif qəzetlərin, ticarət mərkəzlərinin, universitetlərin kollektivləri, Azərbaycanın tanınmış hüquqşünasları var.

Nərmin Rəhimlinin sözlərinə görə, kampaniyadan toplanan pullar apellyasiya şikayəti təmin olunmayacağı təqdirdə 5 qəpikliyə çevrilərək ödəniləcək: “Cərimələrim ümumi məbləği 10500 manatdır. Bu, 210 min ədəd qəpik edir. Cərimələrdən əlavə əgər pul toplanarsa bu pullar imkansız şəhid ailələrinə və hərbidə övladı öldürülən valideynlərə təqdim ediləcək”.

Azərbaycan məhkəmələri “Əsgər ölümünə son!” şüarı ilə yanvarın 12-də keçirilən etiraz aksyası ilə əlaqədar yüksək məbləğə cərimələnən 20-dən çox gəncin cərimələrinin ödənilməsi məqsədi ilə “5 qəpik” aksiyasına başlayıb. Məhkəmələr gəncləri 10500 manat cərimə edib.

Ötən ilin sonunda Milli Məclis icazəsiz aksiyalarda iştiraka görə cərimələrin miqdarının 10 dəfələrlə qaldırlması barədə qanuna dəyişiklik edib. Prezident İlham Əliyev qanunu imzalayıb və sənəd 2013-cü il yanvarın 1-də qüvvəyə minib.

“5 qəpik” aksiyası həm də cərimələrin miqdarının artırılmasına etiraz, toplaşmaq azadlığının təmin edilməsinə dəstəkdir.
XS
SM
MD
LG