Accessibility links

Kətayun Sərnisar: Azərbaycan xalçalarının özünəməxsus xüsusiyyətləri var, onları “Persian Rug” adlandırmaq olmaz [Audio & Fotoqalereya]


Memar Sinan Incəsənət Universitetində Xalça, Kilim və Əski Parça Naxışları üzrə doktorluq dərəcəsi almış Kətayun Sərnisar Azərbaycan xalçası, onun xüsusiyyətləri və Güneydəki xalça sənəti haqda Amerikanın Səsinə müsahibə verib. Kətayun Sərnisarın sözlərinə görə, İranın Azərbaycan vilayətləri və ümumiyyətlə türkdilli bölgələrdə toxunan xalçalar özlərinə məxsus cizgiləri ilə seçilir və onları başqa bölgələrdə toxunan xalçalardan asanlıqla ayırd etmək mümkündür.

Kətayun Sərnisar: Azərbaycan xalçasına "Persian Rug" demək olmaz
please wait

No media source currently available

0:00 0:14:58 0:00

Kətayun xanım deyir ki, Azərbaycan xalçası dəyişik formaları, müxtəlifliyi, fərqli naxışlar, rəng tərkibi və ayrı toxuma texnikaları ilə tanınır. Bu xalçanın özünəməxsus düyünləri var. Bu xüsusiyyət hətta İranın xalça sənətində də “türk düyünü” kimi tanınır. O, Azərbaycan xalçaçılığında incəsənətin önəmli yer aldığını əlavə edib.

Kətayun Sərnisar
Kətayun Sərnisar
Güneyli akademik köçəri türk tayfaları arasında toxunan kilim, vərni və gəbə kimi xalça növləri haqda da məlumat verib. “Bu növ xalçalar yüngül olduqları üçün köçəri tayfalar arasında çox yayğındırlar və bunları daha çox Azəbaycanın köçəri tayfaları, Xorasan türkləri və Qaşqay türkləri toxuyurlar,” deyə o, bildirir.

Kətayun xanım, İrandan ixracat edilən bütün xalçaların “Persian Rug” yəni “Fars Xalçası” adı ilə təqdim edilməsini düzgün saymır: “Fars etnik qrupun adıdır. Halbuki İrandan ixrac edilən xalçaların böyük bölümü başqa etnik bölgələrdə toxunur...
Fars etnik qrupun adıdır. Halbuki İrandan ixrac edilən xalçaların böyük bölümü başqa etnik bölgələrdə toxunur... Bu xalçaların üzərində onların toxunulduğu bölgənin adı, daha sonra isə Azərbaycan yazılmalıdır.

Bu xalçaların üzərində onların toxunulduğu bölgənin adı, daha sonra isə Azərbaycan yazılmalıdır.” O Iranın Azərbaycan vilayətlərindən ixrac edilən məşhur xalça növlərindən Heris, Mehriban, BəxşayşTəbriz xalçalarının adını qeyd edib.

İranda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Həmədan kimi Azərbaycan vilayətləri, habelə türklərin yaşadığı başqa şəhərlərdə istehsal olan xalçalar İranın xalça ixracında əhəmiyyətli yer alır. İranın rəsmi xəbər agentliklərinin yazdığına görə, sadəcə Şərqi Azərbaycan vilayətində toxunan xalçalar ölkənin ümumi xalça ixracatının 35 faizini təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG