Accessibility links

ANS Amerikanın Səsinə dair qərəzli reportajı öz vebsaytından sildi


ANS vebsaytı Amerikanın Səsini müəllif hüquqlarını pozmaqda ittiham edən reportajı silib. Bu addım Amerikanın Səsinin rəhbərliyi həmin reportajın qərəzli və əsassız olduğuna dair Azərbaycan şirkətinin rəhbərliyinə etirazını bildirdikdən sonra atılıb.

Fevralın 21-də ANS telekanalında və vebsaytında ABŞ Dövlət Departamentində keçirilən gündəlik brifinqdə verilən açıqlama ilə bağlı yayımlanan xəbərdə Amerikanın Səsi (www.amerikaninsesi.org) ANS-in müəllif hüquqlarını pozmaqda ittiham olunmuşdu.

Dövlət Departamentinin media üzrə qaydalarına əsasən brifinqdə səslənilən fikirlər ictimai mənbə hesab olunur və heç bir qurumun bu açıqlamalar üzərində müəlliflik hüququ yoxdur. Dövlət Departamentinin sözçüsünün səsləndirdiyi fikirlər “yayımda, mətbuatda, internetdə və radioda sərbəst şəkildə, icazə alınmadan yayımlana bilər.”

Haqqında söz gedən açıqlama Dövlət Departamentinin vebsaytındakı videoda yer alır.



ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın Azərbaycan-Ermənistan münaqişəsi haqda açıqlaması eksklüsiv olaraq ANS üçün deyil, dünya ictimiayyəti üçün verilib. Amerikanın Səsinin Azərbaycan xidməti Amerikanın Səsinin Dövlət Departamentindəki müxbirinə istinad edərək həmin açıqlamanı yayımlayıb. Xəbərdə məlumatın Amerikanın Səsinə mənsub olması haqda heç nə deyilmir və belə bir iddianın hüquqi əsası ola bilməz.

Dövlət Departamentinin məlumatlarına dair müəlliflik hüququ ilə ətraflı bu linkdə tanış ola bilərsiniz.

http://www.state.gov/misc/87529.htm#copyright
XS
SM
MD
LG