Accessibility links

Kərim Əsgəri: “Bizim Azərbaycan və Türkiyədən gözləntilərimiz var” [Audio]


Ankara Universitetində beynəlxalq münasibətlər fakültəsində doktorluq dərəcəsi üzərində çalışan Kərim Əsgəri Amerikanın Səsi ilə müsahibədə güneydəki milli hərəkatı təmsil edən təşkilatlar və partiyaların xarici dövlətlər və ictimaiyyətlərə yaxından işləməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə bu növ təmaslar İran azərbaycanlılıarının üzləşdikləri problemlərin işıqlandırılmasında mühüm əhəmiyyət kəsb edir.

Kərim Əsgəri: Bizim Azərbaycan və Türkiyədən gözləntilərimiz var
please wait

No media source currently available

0:00 0:14:52 0:00

“İranın xaricində bəzi təşkilatlarımız var ki, dövlət nümayəndələri ilə görüşə bilər və Azərbaycan məsələlərini dünya gündəminə çıxara bilərlər,” deyə cənab Əsgəri bildirib.

O, güneylilərin milli-mədəni hüquqlar uğrunda mübarizəsini İspaniyada katalanlar, Britaniyada şotlandların mübarizələri ilə müqayisə edib. Cənab Əsgəri bildirib ki, güneylilər mediada intensiv işlər aparmalı, millətin gələcəyi ilə bağlı məsələlərin diqqətə çatdırılmasına şərait yaratmalıdırlar. “Bizim mediamız inkişaf etdirilməlidir,” deyə qeyd edən ekspert güney probleminin beynəlxalq mediaya çıxarılması üçün müstəqil, hərtərəfli milli mətbuat orqanlarının təsis edilməsinə önəm verib.
Azərbaycan və Türkiyənin varlığını nemət kimi görürəm. Bu gün Güney Azərbaycanında yaşanan olaylara Türkiyə və Azərbaycanın təpkisiz qalmaları təəssüfləndiricidir.

“Dünyayada bir çox yerlərdə insan haqları daxili məsələ hesab olunmur. İranda insan haqları dünyalıq məsələdir, iç məsələ deyil.” Lakin təəssüf ki, Azərbaycan türklərinə etnik bağlılığı olan Azərbaycan Respublikası və Türkiyə bu məsələdə güneylilərə lazımi dəstək vermirlər, deyə cənab Əsgəri əlavə edib: “Azərbaycan və Türkiyənin varlığını nemət kimi görürəm. Bu gün Güney Azərbaycanında yaşanan olaylara Türkiyə və Azərbaycanın təpkisiz qalmaları təəssüfləndiricidir. Bizim onlardan gözləntilərimiz var. Oz medialarında yer verməməliəri haqlı olaraq giley doğurur.”

Kərim Əsgərinin sözlərinə görə, xaricdə yaşayan güneyli fəallar dövlətlərarası əlaqələrdən əlavə, muxtəlif ölkələrin qeyri-hökümət təşkilatları ilə bəlli çərçivələr içərisində əlaqələr qura bilərlər. O, QHT-lər və dövlətlər arası əlaqələrdə insan haqları mövzusunun xüsusi önəm daşıdığını vurğulayıb.
XS
SM
MD
LG