Accessibility links

Avstraliyada 100-ə yaxın köpək balığı çimərliyə yaxınlaşıb


Avstraliyanın Pert şəhərinin rəsmiləri qeyri-adi sayda köpək balığının sahildə görünməsindən sonra çimərlikləri bağlayıblar.

Avstraliya mediası xəbər verir ki, təxminən 100 köpək balığı sahildən 600 meter uzaqlıqda görünüb.

Heyvanlar vertolyot ekipajının diqqətini çəkib.

Yerli dəniz çimərliyi müdirinin ABC radiosuna sürünün həddindən artıq çox olduğunu deyib.

Media xəbərinə görə, şimal və cənub çimərliyi köpək balıqlarına görə bir neçə saatlığa bağlanıb, insanlardan oranı tərk etmələri tələb olunub.
XS
SM
MD
LG