Mixeil Saakaşvili: Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi Azərbaycanda həll olunur
Azərbaycanda və regionda sabitliyin pozulmasında maraqlı olan şəxslər var, bu barədə bu gün Bakıda jurnalistlərə Gürcüstan prezidenti Mixeil Saakaşvili bildirib. “Şişirtmədən demək olar ki, regionun gələcək taleyi Bakıda, Azərbaycanda həll olunur”, deyə Cənubi Qafqaz Forumunda iştirakı zamanı bildirib. Bu zaman o qeyd edib ki, söhbət təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın, Ukraynanın, Moldovanın və bütünlükdə postsovet məkanının müstəqilliyindən gedir. Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi Azərbaycanda həll olunur, deyə Saakaşvili bildirib. Onun fikrincə, Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan mənfi qüvvələr var.
Episodes
-
Aprel 16, 2021
Amerika İcmalı - 16 Aprel 2021
-
Aprel 16, 2021
Dünyaya Baxış - 16 aprel 2021