Accessibility links

Save the Children: İldə bir milyon uşaq doğulduğu gün dünyasını dəyişir


"Save the Children" təşkilatının son hesabatında dünyaya göz açan körpələrin həyatlarının ilk günlərinin ən təhlükəli günlər olduğu bildirilir. İldə bir milyona yaxın uşaq doğulduğu gün dünyasını dəyişir.

"Dünya Anaları" adlı hesabatda Finlyandiya analar üçün ən yaxşı, Konqo Demokaratik Respublikası isə ən pis yer kimi göstərilir.

Dünyada analar üçün 30 ən yaxşı ölkə siyahısında, ABŞ, Qərbi Avropa Avstraliya, Sloveniya, Sinqapur, Yeni Zelandiya, Estoniya, Kanada, Çex Respublikası, İsrail, Belarus, Litva və Polşa kimi ölkələr daxil edilib.

Riskli bölgələr siyahısında dünyanın 68 ölkəsi yer alır. Köprə ölümləri göstəricilərinə görə Hindistan ildə 300 min uşaq olmaqla, birinci yerdədir. Ən aşağı ölüm göstəriciləri Luskemburq, Sinqapur və İsçevdə qeydə alınıb.

"Save the Children" təşkilatının hesabatında deyilir ki, körpələrin həyatı tənəffüs cihazları, antiseptik xlorheksidinlər, antibiotiklər və steroidlərlə xilas edilə bilər. Uşaqlara həyatları ilk günlərində ana südü və “kenquru qayqısı” ilə də qoruna bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG