Accessibility links

Yeni televiziya - Meydan TV yayıma başlayır


Meydan TV_logo
Meydan TV_logo

Yeni TV Azərbaycanın mövcud televiziya məkanına alternativ olacaq

Mayın 15-də Bakı vaxtı ilə saat 21.00-da Azərbaycan online televiziya məkanında yeni televiziya -Meydan TV yayıma başlayacaq. Meydan TV mərkəzi Berlin şəhərində yerləşən gənc media kanalıdır.

Yeni televiziya Türksat peykindən - 11804 V 24444 5/6 tezliklərində yayımlanacaq.

Meydan-tv.com saytının məlumatına görə, televiziyanın məqsədi Azərbaycanda və ölkədən kənarda yaşayan vətəndaşlar, həmçinin Azərbaycanda baş verənləri öyrənmək istəyən bütün insanlar üçün informasiya və əyləncə xarakterli alternativ verilişlər hazırlamaqdır.
Meydan TV dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycan vətəndaşları tərəfindən maliyyələşdirilir.

Televiziyanın yaradılması ideyası keçmiş vicdan məhbusu, Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunun (FASE) həmtəsisçisi, Emin Milliyə məxsusdur. O həm də tv-nin direktoru Emin Milli hesab edir ki, efir vasitəsi ilə insanlar azad və məlumatlı seçimlər edə biləcəklər.

“Televiziya açıq platformadır, gündəmi müzakirəyə çıxarır, mövqe bildirir, həmçinin vətəndaşların azad mövqe bildirməsi üçün onlara meydan yaradır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG