Accessibility links

ABŞ Suriya üsyançılarını silahlandırmağa qərar verib


Addım ABŞ-ın Avropadakı müttəfiqləri tərəfindən müsbət qarşılanıb

ABŞ rəsmiləri bildirir ki, Birləşmiş Ştatlar Suriya üsyançılarını silahlandırmağa qərar veriblər. Bu addım ABŞ-ın Avropadakı müttəfiqləri tərəfindən müsbət qarşılanıb.

Ağ Ev rəsmiləri qərarın Dəməşqin keçən il Suriya üsyançılarına qarşı sarın qazı daxil olmaqla kimyəvi silah istifadə etməsinə dair sübutların kəşfiyyat orqanları tərəfindən təsdiq olunmasından sonra verildiyini bildirib.

Suriya höküməti üsyançılara qarşı kimyəvi silahlardan istifadə edilməsi iddialarını yalan adlandırıb. Suriyanın xarici işlər naziri ABŞ-ın ittihamlarının əsassız olduğunu deyib.

Britaniyanın xarici işlər naziri Villiam Heyq deyib ki, London ABŞ-ın kimyəvi silahlardan istifadə edildiyinə dair qiyjmətləndirilməsi ilə tam razıdır.

NATO-nun baş katibi Anders Foqh Rasmussen da ABŞ-ın qərarını alqışlayıb. O, kimyəvi silahların istifadəsinin qəbuledilməz olduğunu deyib.

Rusiya bildirib ki, ABŞ tərəfindən təqdim olunan sübutlar kifayət qədər inandırıcı deyil.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG