Accessibility links

Mailə Tağı: Rafiqi zəhərlə öldürdülər


Mailə Tağı: Rafiqi zəhərlə öldürdülər
please wait

No media source currently available

0:00 0:10:55 0:00

Avqustun 5-də 2011-ci ilin noyabrında qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının 63 yaşı tamam olur. Onun ad günüdür. Amma, Tağının ailəsində dərin kədər hökm sürür. Rafiq Tağının həyat yoldaşı Mailə Tağı Amerikanın Səsinə müsahibəsində istintaq orqanını kəskin tənqid edib. İndiyədək publisistin qətli ilə bağlı heç kim məsuliyyətə cəlb edilməyib. Cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Onun sözlərinə görə, istintaqın gedişi ilə bağlı ailəyə hər hansı məlumat verilmir. “Faktiki hazırda istintaq dayanıb”, o qeyd edib. M.Tağı həyat yoldaşının qətlini siyasi adlandırıb və istintaqın belə ləng aparılması qətldə siyasi əl olduğunu göstərir.

XS
SM
MD
LG