Accessibility links

Amerikada hansı dillər danışılır?


ABŞ etnik, mədəni və dil baxımdan daha rəngarəng məkana çevrilir. Siyahıya-alma Bürosunun bu yaxınlarda açıqladığı interaktiv xəritə bütün Amerika boyu qeyri-ingilis dilində danışan icmaları göstərir.

Nyu Yorkda çinli-amerikalılar Ay təqviminə əsasən Yeni İlin gəlişini festivalda bayram edirlər
Nyu Yorkda çinli-amerikalılar Ay təqviminə əsasən Yeni İlin gəlişini festivalda bayram edirlər
Yeni Siyahıya-alma Bürosunun xəritəsi birinci dillərinin ingilis dili olmadığı icmaların toplandığı guşələri xəritədə qeyd edir. “2011 Language Mapper”-də hər bir nöqtə evdə danışılan 15 dildən birini əks etdirir.

Bu xəritəni Kamill Ryan hazırlayıb. Onun sözlərinə görə bir tıklama ilə siz coğrafi məkan haqda etnik-linqvistik informasiya əldə edə bilərsiniz. Bu məlumat ingilis dilini o qədər də yaxşı bilməyən insanlarla müsahibələr əsasında toplanıb.

Evdə əsasən danışılan bu dillər sırasında ispan, fransız, fransız kreol, italyan, portuqaliya, polyak, rus, alman, fars, çin, yapon, koreya və ərəb dilləri var.

Miçiqanda ərəb-amerikalı könüllülər icma üzvlərini seçkilərdə səs verməyə həvəsləndirirlər
Miçiqanda ərəb-amerikalı könüllülər icma üzvlərini seçkilərdə səs verməyə həvəsləndirirlər
Hesabatda əksini tapanların üçdə iki evdə ispanca danışır. 2005-2011-ci illər ərzində qeyri-ingilis dilində danışanlar arasında ən böyük artım vyetnamlılarda müşahidə olunub. Onların sayı bu müddət ərzində yeddi dəfə artıb.

Xəritə son yeddi il ərzində toplanan informasiyaya əsasalanır. Həmin məlumata görə bu period ərzində Birləşmiş Ştatlarda ingilis dilində danışmayanların sayı 158% artıb, halbuki ABŞ-ın ümumi əhalisi cəmi 38% artıb.

Ryan deyir ki, bu xəritə təkcə demoqrafik statistika üçün yararlı deyil. İri bizneslər öz gəlirlərini artırmaq üçün müxtəlif etnik qrupları hədəf almaqda bu məlumatdan yararlana bilərlər, deyə o, bildirir.
XS
SM
MD
LG