Accessibility links

Dünyanın ən yaşlı insanı vəfat edib


Qinnes rekord kitabında dünyanın ən yaşlı insanı kimi yer alan Salustiano Sançez-Blazquyez 112 yaşında dünyasını dəyişib.

1901-ci idlə İspaniyanın El Tehado Do Behar kəndində anadan olan Sançez-Blazquyez yeniyetmə yaşlarında dostları ilə bərabər Kubaya köçüb, şəkər qamışı plantasiyalarında çalışıb.

1920-ci ildə o, Ellis adası vasitəsi ilə Amerikaya köçüb. Həyatının son illərini Sançez Nyu-York ştatının Niaqara şəlaləsi bölgəsində yaşayıb.

Xanımını 1988-ci ildə torpağa verən dünyanın ən yaşlı insanı arxasında 2 uşaq, 7 nəvə,15 nəticə və 5 kötücə buraxıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG