Accessibility links

ABŞ hökuməti bağlandı [Yenilənir]


Prezident Barak Obama deyir ki, Respublikaçılar onun səhiyyə islahatlarını məhv etmək üçün "səlib yürüşünə" çıxıblar. ABŞ lideri müxalifəti hökumətin bağlanmasında günahlandırıb.

ABŞ hökumət idarələrinin əksəriyyətinin bağlandığı gündə cənab Obama deyib ki, o, "məntiqsiz tələblərə" boyun əyərək, milyonlarla amerikalını səhiyyə sığortasından məhrum etməyəcək.

Prezident Obama Ağ Evin həyətində çıxış edir
Prezident Obama Ağ Evin həyətində çıxış edir
ABŞ hökuməti son 17 ildə ilk dəfə olaraq bağlanıb. Bu bağlanma federal idarələrı tam əhatə etməsə də, hökumətin demək olar ki, böyük əksəriyyətinə şamil olunub. Konqresin iki qanadı son tarix olan oktyabrın 1-dək hökumətin fəaliyyəti üçün tələb olunan xərclər barədə razılığa gələ bilməyib.

Konqresdə hökumətin bağlanmasına səbəb olan qarşıdurma bu gün də davam edib. Senatdakı Demokratlar dördüncü dəfə Nümayəndələr Palatasındakı Respublikaçıların xərcləmə planını rədd ediblər. Həmin plan "Obamacare" kimi tanınan səhiyyə islahatlarını zəiflətmək məqsədi daşıyır.

Bu dəfə Respublikaçıların qəbul etdikləri plan kompromisə yönəlik təkliflər paketi yer alıb. Amma Senatdakı çoxluöun lideri Herri Rid bunu şantaj adlandıraraq rədd edib.
Rid bildirib ki, Senat büdcəni Nümayəndələr Palatası ilə müzakirə etməyə hazırdır, “amma hökumət bağlı qaldığı şəraitdə yox.”

İlk növbədə həyati əhəmiyyət kəsb etməyən idarələrin fəaliyyəti dayandırılacaq. Bu sıraya federal qoruqlar, milli muzeylər, zooparklar, kliniki təcrübələr, sanitar yoxlamalar, elmi araşdırma fəaliyyətləri və mülki sahədə çalışan idarələr daxildir.

Amerikalılar gecə saat 12:00-da Konqresin razılığa gələ bilməməsi və hökumətin bağlanması haqda xəbərləri aldılar.

Ötən həftələrədə Respublikaçıların çoxluqda olduqları Nümayəndələr Palatası və Demokratların nəzarət etdiyi Senat bir-birlərini ittiham edərək xalqın həqiqi maraqlarını təmsil etdiklərini bəyan etdilər.

Respublikaçılar Prezident Obamanın qəbul etdirdiyi səhiyyə qanunu maliyyələşdirməkdən imtina edərək oradakı bir sıra müddəaların təxirə salınmasını yaxud ləğv olunmasını tələb etdilər. Prezident başda olmaqla Demokratlar bu tələbləri rədd etdilər.

Sonda yaranan durum 800,000 amerikalının maaş almaması ilə nəticələnib ki, hazırkı vəziyyət iqtisadiyyata həftədə bir milyard dollara başa gələ bilər.

Minlərlə federal işçi çalışdıqları idarəyə gələndən sonra, onlara müvəqqəti ixtisara (furlough) düşdükləri və evə getməli olduqları bildirilib.


Mühüm əhəmiyyətli hesab edilən digər federal işçilərə isə işdə qalmalı olduqları bildirilsə də, onların əmək haqlarının nə zaman ödənilib-ödənilməyəcəyi sual altındadır.

Federal hökumətin bağlanması nə deməkdir?

İlk növbədə həyati əhəmiyyət kəsb etməyən idarələrin fəaliyyəti dayandırılacaq. Bu sıraya federal qoruqlar, milli muzeylər, zooparklar, kliniki təcrübələr, sanitar yoxlamalar, elmi araşdırma fəaliyyətləri və mülki sahədə çalışan idarələr daxildir.

Aeroportlar və başqa federal təsisatlara təsirlər minimal olacaq
Aeroportlar və başqa federal təsisatlara təsirlər minimal olacaq
Vaşinqtonun məşhur Smithsonian muzeyləri, Azadlıq Heykəli kimi abidələr turistlərin üzünə qapalı olacaq. Milli Səhiyyə institutları kliniki təcrübələrə yeni xəstələrin qəbullarını dayandıracaq. Federal tibbi araşdırma işlərinə fasilə veriləcək.

Hərbi və təhlükəsizlik məqsədlərinə xidmət edən qurumların fəaliyyətinə xələl gəlməyəcək. Aeroportlarda hava nəzarəti qüllələri, federal şəbəkələrdə qatarlar öz işlərini davam etdirəcəklər.
XS
SM
MD
LG