Cəmil Həsənli Avropa və Amerikada seçki məsələlərini müzakirə edəcək
O bildirib ki, hakimiyyətin mənimsənilməsi ilə bağlı istər mitinqlər, istər hüquq formasında, istər siyasi müstəvidə mübarizəni davam etdirəcək. “Oktyabrın 14-dən başlayaraq Brüsselə, Strasburqa, müxtəlif Avropa mərkəzlərinə qısa müddətli səfərlərim olacaq. Noyabrın birinci on günlüyündə Amerikaya səfərim gözlənilir”, Həsənli deyib.