Suriyanın dövlət xəbər agentliyinin bildirdiyinə görə, bu gün Dəməşqin mərkəzi meydanlarından biri olan Hecazda baş verən bomba hücumu zamanı 8 nəfər ölmüş, bir neçə nəfər yaralanmışdır.
Partlayışın paytaxtda həyata keçirildiyini bildirən SANA xəbər agentliyi bu hücumun arxasında kimlərin dayandığı barədə məlumat verməyib.
Prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan qruplaşmalar son zamanlar paytaxtda da bomba və qumbara hücumları həyata keçirir.