Misirin paytaxtında nümayiş gözyaşardıcı qazla dağıdılıb. Qahirənin Təhrir meydanına toplaşanlar prezident Məhəmməd Mursini devirən hərbi hökumətə etiraz edib.
2 minə yaxın islamçı tərəfindən təşkil edilən bu aksiya Misirin 50 üzvlü komitəsinin Mursi tərəfindən konstitusiyaya edilən düzəlşlərin əvəz edilməsinə səs verdiyi bir vaxta təsadüf edir.
Müvəqqəti hökumətin təklif etdiyi konstitusiya layihəsi demokratik quruluğun qaytarılması istiqamətində atılan addımdır.
Bu arada, Human Rights Watch Misir hökumətini Mursinin 5 yardımçısının dərhal azadlığa buraxılmasına çağırıb. İnsan haqlarının müdafiəsi qrupu onların iyul ayının 3-dən bəri qeyri-müəyyən yerdə saxlandığını bildirir.