Amerikanın qurucu babaları hələ 18-ci əsrin sonlarında populizmi demokratiyaya ciddi təhlükə kimi dəyərləndirirdilər. Anın emosiyasına uyan çoxluğun azlığın hüquqlarını əzməməsi üçün onlar bölünmüş hökumət formulunu praktikaya keçirmişdilər.
Özlərini Qərb imperializminə qarşı mübariz kimi təsvir edən bu qüvvələr çox zaman onların hakimiyyəti gəlişinə imkan yaratmış demokratik mexanizmi dağıtmağa can atırlar. Çavez kimi onların çoxu demokratik təsisartlara hörmət etmir, Konstitusiyanı öz maraqlarına uyğun şəkildə dəyişir və bütün hakimiyyəti öz əllərində cəmləşdirməyə çalışırlar. Köhnə sistemi dağıtmaq adı altında bu növ liderlər məhkəmələri, medianı müxalif düşüncəli adamlardan təmizləyr, öz tərəfdarları ilə doldurur, siyasi rəqibərini bütün müstəvilərdə təqib edirlər. Çavez, Taksin və Mursi periodik şəkildə öz rəqiblərini susdurmaq üçün qoçu dəstələrindən istifadə edirdilər.
Elitalar isə ölkəni belə adamların öhdəsinə buraxmaq istəmirlər. Təkcə yuxarı deyil, orta sinfə mənsub adamlar ölkədə azadlıqların məhv edilməsinə, iqtisadiyyatın dağıdılmasına etiraz səslərini ucaldırlar. Problem ondadır ki, bu qüvvələrin demokratiyaya sədaqəti bir sıra hallarda dar özəl maraqları adlamır. Qahirədə düntyəviçi qüvvlər ordu ilə razılğa girərək Mursini devirdilər. İndi Abd el Fata əl-Sisi Misirdə hakimiyyəti əldə cəmləşdirməklə məşğuldur. Banqkokda sarı köynəklilər küçmişdə dəstəklədikləri dövlət çevrilişlərinin ardınca seçkiləri uduzblıar. Kiyevdə demokratik səsvermədə seçilmiş hakimiyyətin vaxtında n əvvəl devrilməsi ölkəni şərqlə qərb arasında ikiyə bölə bilər.
Amerikanın qurucu babaları hələ 18-ci əsrin sonlarında populizmi demokratiyaya ciddi təhlükə kimi dəyərləndirirdilər. Anın emosiyasına uyan çoxluğun azlığın hüquqlarını əzməməsi üçün onlar bölünmüş hökumət formulunu praktikaya keçirmişdilər. Güclü cəmiyyətlərdə hakimiyyəti ələ çiy metodlarla alıb saxlamaq, vətəndaşları sadəcə çapıb-talamaq asan olmur. Bunun üçün demaqoq siyasi fiqurlar xalqın hisslərini manipulyasiya etməyə üz tuturlar. Bunun təhlükəli cəhəti odur ki, qısa dönəmli, xoş hiss yaradacaq pafoslu bəyanatlar zəkalı siyasəti əvəzləyir, aramlı tərəqqini əngəlləyir, insanların rifah halı pisləşir. Bir adamın şəxsi ambisiyaları, imici bütöv bir toplumun maraqlarını üstələyir. Cəmiyyət narsissizmin qurbanına çevrilir.
Yunanca demos - yəni xalq sözündən qaynaqlanan demokratiya xalq hakimiyyəti deməkdir. Xalqın hakimiyyətə nəzarət etməsi göründüyü qədər sadə məsələ deyil və mürəkkəb mexanizm tələb edir. “Demokratiya ən pis hökumət formasıdır, indiyədək sınanılmış bütün başqa hökumət formalarını çıxmaq şərtilə,” deyə Vinston Çörçill demokratik idarə-üslunun çətinliklərini müşahidə etmişdi. Tarixdə elə məqamlar olub ki, siyasi xadimlər işlək demokratiyanın üzləşdiyi problemlərdən, yaratdığı imkanlardan sui-istifadə edərək tiraniyaya keçid etməyə can atıblar. Təşəkkül tapan şəxsiyyətə pərəstiş mühiti əvvəl-axır ictimaiyyət qarşısında cavabdehliyin, şəffaf idarəçiliyin buxarlanması ilə müşayiət olunub. Fakt isə budur ki, oturuşmuş respublikalar ortabab idarəçilərin çiyinlərində dayanır. Tanrı heç bir xalqı milli xilaskara möhtac qoymasın.