Accessibility links

Rusiya rəsmisi Ukrayna seçkilərinin legitimliyini sual altına alır


Rusiya xarici işlər naziri mayın 25-ə planlaşdırılmış Ukrayna prezident seçkilərinin legitimliyini sual altına alıb.

Sergey Lavrov Avropa Şurasının Vyanada keçiridyi yığıncağının ardınca çıxış edib.

O, ordunun "əhalinin müəyyən kəsiminə qarşı istifadə edildiyi" bir məqamda Ukraynada prezident seçkiləri keçirilməsini “qeyri-adi hal” adlandırıb.

Lavrov Ukrayna təhlükəsizlik qüvvələrinin Rusiyapərəst separatçılarla Slovyansk şəhərində toqquşmasından sonra açıqlama verib.

Ukrayna daxili işlər naziri Arsen Avakov deyir ki, Slovyansk şəhərində baş verən döyüşlərdə 30-a yaxın separatçı, 4 Ukrayna hərbi qulluqçusu həlak olub.

Vyanadakı yığıncaqda iştirak edən Britaniya və Fransa xarici işlər nazirləri Rusiyanı prezident seçkilərini pozmaq cəhdində ittiham ediblər.
XS
SM
MD
LG