Çin məhkəməsi prezident Şi Cinpinqi tənqid edən kitab üzərində işləyən Honq Konq naşirini 10 illik həbs cəzasına məhkum edib.
Yao Ventian yayılması ÇXR-də qadağan olunmuş bir neçə kitab dərc edib. Ötən il o, sərhəddən kimyəvi maddələr keçirmək ittihamı ilə Şenjendə həbs olunub. Naşir dissident yazıçı Yu Cienin “Çinin xaç atası: Şi Cinpinq” adlı kitabını çap etdirməyə hazırlaşırdı.
Naşirin oğlu Yao Yonqjan Amerikanən Səsinin Çin xidmətinə müsahibəsində 73 yaşlı atasının məhkum edilməsini ədalətsizlik adlandırıb.
“Xəbəri eşidəndə şoka düşdüm. Mənim atam azadlıq çarçısı olub. O, vətəni üçün bu bədəli ödəməlidir. Ümid edirəm ki, onu tezliklə buraxacaqlar. Biz appelyasiya məhkəməsinə müraciət edəcəyik. Mən inanıram ki, o, günahsızdır.”
Tənqiçdilər inanırlar ki, Yao naşirlik fəaliyyətlərinə görə Çin hökuməti tərəfindən hədəf alınlıb.
Bu arada tanınmış çinli jurnalist Tiananmen Meydanındakı qətliamın ildönümü ərəfəsində “dövlət sirlərini yaymaq “ ittihamı ilə həbs olunub. Qao Yu aprelin 24-də adı çəkilməyən dövlət sənədi əldə edərək onu xaricə ötürmək ittihamı ilə həbs olunub. Çin dövlət televiziyasına çıxarılan 70 yaşlı qadın jurnalist etdiyi hərətin “son dərəcə səhv” olduğunu etiraf edib.
Yao Ventian yayılması ÇXR-də qadağan olunmuş bir neçə kitab dərc edib. Ötən il o, sərhəddən kimyəvi maddələr keçirmək ittihamı ilə Şenjendə həbs olunub. Naşir dissident yazıçı Yu Cienin “Çinin xaç atası: Şi Cinpinq” adlı kitabını çap etdirməyə hazırlaşırdı.
Naşirin oğlu Yao Yonqjan Amerikanən Səsinin Çin xidmətinə müsahibəsində 73 yaşlı atasının məhkum edilməsini ədalətsizlik adlandırıb.
Xəbəri eşidəndə şoka düşdüm. Mənim atam azadlıq çarçısı olub.Yao Yonqjan, naşirin oğlu