Accessibility links

Yeni müxalifət partiyası təsis edilib - Azad Demokratlar Partiyası [Audio-müsahibə]


Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Partiyanın sədri Sülhəddin Əkbərin Amerikanın Səsinə müsahibəsi

İyulun 6-da Azad Demokratlar Partiyasının (ADP) təsis qurultayı keçirilib. Sülhəddin Əkbər partiyanın sədri seçilib.

Sülhəddin Əkbərlə müsahibə
please wait

No media source currently available

0:00 0:04:00 0:00
Direct link

ADP-nin təsis edilməsi üzrə Təşkilat Komitəsi 2013-cü ilin dekabrında yaradılıb. ADP Açıq Cəmiyyət Partiyasının bazasında yaradılıb. Partiyanın lideri ABŞ-da mühacirətdə olan parlamentin keçmiş spikeri Rəsul Quliyev idi.

Prezident seçkilərindən sonra R.Quliyev müxalifətin “qələbəni təmin etməyə qadir ola bilməməsinin məsuliyyətini” Demokratik Qüvvələrin Milli Şurasının, həmçinin AXCP və Müsavat Partiyası liderlərinin üzərinə qoyub.

R.Quliyev siyasi arenadan getdiyini bildirib. O zaman Sülhəddin Əkbərin sədrliyi ilə partiya rəhbərliyi yeni Azad Demokralar Partiyasını yaratmağa başlayıb.

S.Əkbərin Amerikanın Səsinə müsahibəsində “partiyanın ideoloji əsasları liberal demokratik dəyərlərə əsaslanır”. “Partiya sağ mərkəzçi, liberal-depokrat mövqedədir, müxalifətdədir. ADP-nin Azərbaycanın 53 şəhər və rayonunda yerli təşkilatları var. Biz bu il keçirləcək bələdiyyə seçkilərində aktiv iştirak etməyə çalışacağıq, amma əsas hədəfimiz 2015-ci parlament seçkiləridir”.

ADP liberal dövlət, azad, ədalətli cəmiyyət quruculuğunu, vətəndaşların rifahının təminatını qarşısına məqsəd qoyur.

ADP Avropa İttifaqı və NATO ilə sıx inteqrasiyaya tərəfdardır.

S.Əkbər 1980-cı illərin sonu -1990-cu illərin əvvəli milli-demokratik hərəkatda iştirak edib. Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1992-1993-cü illər Xalq Cəbhəsi hökumətində mili təhlükəsizlik nazirinin birinci müavini postunu tutub. Sonra Müsavat Partiyasında fəaliyyətini davam etdirib. 2012-cü ildə Müsavat Partiyasından gedib.

2012-ci ildə Açıq Cəmiyyət Partiyasının sədri seçilib. O həmçinin ictimai fəaliyyətlə məşğuldur. Azərbaycanın Avroatlantika əməkdaşlığına yardım məsələləri üzrə QHT-yə rəhbərlik edir.

XS
SM
MD
LG