Accessibility links

ABŞ hava yolları şirkətləri Tel-Əviv aeroportuna və oradan uçuşları təxirə salır


ABŞ hava yolları şirkətləri Tel-Əviv hava limanı və oradan uçuşları Həmas yaraqlılarının Qəzzadan atdığı raketin aeroport yaxınlığında düşməsindən sonra təxirə salır.

Delta Air şirkəti Ben Qurion hava limanına uçuşların qeyri-müəyyən vaxta qədər təxirə salındığını bildirib. Hava yolları şirkəri hücum haqda məlumatı aldıqdan sonra Nyu-Yorkdan Tel-Əvivə uçan təyyarənin istiqamətini dəyişərək, onun Parisdə enməsi haqda qərar verib.

Filadelfiya və Pensilvaniyadan Tel-Əvivə uçuşları icra edən US Airways şirkəti bu gün bütün uçuşları təxirə salıb. Nyuvark və Nyu-Cersidən uçuşları icra edən United Airlines şirkəti isə təyyarələrin uçuşlarının qeyri-müəyyən vaxta qədər təxirə salındığını bildirib.

ABŞ Həmas və İsrail arasında münaqişənin getdiyi vaxt İsrailə uçuşlarla əlaqədar təhlükəsizlik məhdudiyyətlərinin qoyulmadığını və uçuşların təxirə salınması haqda qərarın hava yolları şirkətləri tərəfindən verildiyini bildirib.

İsrail polisi Həmas yaraqlılarının atdığı raketin hava limanı yaxınlığında düşdüyünü və bunun nəticəsində bir evə zərər dəydiyi və bir israillinin yüngül yaralandığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG