Sədrəddin Soltanla Müsahibə
“İranı Azərbaycan dövlətinin varlığı narahat edir,” deyə Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibədə bildirib. İran-Azərbaycan münasibətlərindəki gərginlikləri şərh edən ekspert hazırkı duruma rəvac verən faktorlar sırasında İran hökumətinin azərbaycanlılarla bağlı yürütdüyü siyasəti, İslam təbliğatı altında Azərbaycanda sabitliyi pozmaq cəhdlərini və Azərbaycan dövlətçiliyinə qısqanc münasibətini sadalayıb.