Accessibility links

İran Azərbaycanı

İlahə Şükrüllahi: Azərbaycanlı qadınların durumu çox ağırdır

  • Insafəli Hidayət

Təbrizli xanım İlahə Şükrüllahi Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında qadınların üzləşdiyi çox saylı problemlərdən bəhs edir. İlahə xanımın sözlərinə görə İslam Respublikasına tətbiq olunmuş beynəlxalq sanksiyalar ölkədəki iqtisadi durumu əvvəlkindən də xeyli pisləşdirib, və nəticədə qiymətlər xeyli bahalaşıb. Qadınlar üçün ailələrini dolandırmaq xeyli çətindir. Çörkdən tutmuş paltaradək əksər malların qiyməti son bir ildə az qala iki də artıb.

XS
SM
MD
LG