Accessibility links

İran Azərbaycanı

Ettelaat agentləri milli fəal Yürüş Mehrəlibəylini tutublar


Amerikanın Səsinə müahibədə Sona Fərəczadə yanvarın 9-da İranın təhlükəsizlik məmurları tərəfindən tutulan həyat yoldaşı milli fəal Yürüş Mehrəlibəylinin son durumu ilə bağlı məlumat verib. Həyat yoldaşı və kiçik oğulları Tatarla birlikdə Şərqi Azərbaycan vilayətinin Sofyan şəhərində yaşayan tanınmış fəal Yürüş Mehrəlibəyli keçmişdə də dəfələrlə İranın təhlükəsizlik orqanlarının təqiblərinə məruz qalıb. İnqilab Məhkəmələri dəfələrlə Yürüş bəyi mühakimə edərək onu uzun müddətli həbs cəzalarına məhkum ediblər.

XS
SM
MD
LG