Artum Dinc: Farslaşdırma siyasəti türkcəni qadağan edir
Təbrizli araşdırmaçı və Ankara Universitetində sosiologiya bölümünün doktorluq dərəcəsi üzərində çalışan Artum Dinc Beynəlxalq Ana Dili Günündə Amerikanın Səsinə verdiyi müsahibədə milli hərəkatda ana dili faktorunun rolu və önəmini şərh edib. “Bu gün İranda fars olmayan etnik qruplara qarşı, sistemli, planlı və proqramlı şəkildə farslaşdırma və kültür-qırımı (Culturcide) siyasəti aparılır. Belə ki, qeyri-fars xalqların dil, kültür və tarixlərini silib və iranlılıq kimliyi adı altında, fars dili, tarixi və kimliyini yerinə oturtmağa çalışırlar,”deyə Artum Dinc Xameneyi hökumətinin yürütdyü siyasəti dəyərləndirib.Xameneyinin rəhbərlik etdiyi İslam Respublikasında Azərbaycan türkləri öz dillərini cəmiyyətdə işlətmək hüququndan məhrumdur.
Episodes
-
Noyabr 23, 2022
Siyamək Kuşi: "Atamın səhhəti bizi çox narahat edir"
-
Oktyabr 03, 2022
Sevda Tahir Afşarla müsahibə.mp3
-
Oktyabr 02, 2022
Ruzbeh Səadəti ilə müsahibə
-
Aprel 12, 2022
Simin Səbri ilə müsahibə
-
Aprel 12, 2022
Babək Bəxtavərlə müsahibə