Davud Turan: Azərbaycan təşkilatları İranda prezident seçkilərini boykot edir
Azərbaycanlı sosioloq və Güney Azerbaycan Sosio-Kültürəl Araşdırmaları (GÜNASKAM) veb səhifəsinin redaktoru Davud Turan İranda qarşıdan gələn prezident seçkilərində əsas rəqabət və çəkişmələrin keçmişdə olduğu kimi islahatçılar və fundamentalistlər arasında deyil, fundamentalistlər və aşırı fundamentalistlər arasında ortaya çıxacağını deyir. “Azərbaycanlı siyasi qruplar İrandakı prezident seçkilərini umumiyyətlə kəskin şəkildə boykot edir, ancaq seçkilər zamanında yaranmış olan nisbi açıq fəzadan öz sözləri və düşüncələrini toplum içində yaymaq üçün yararlanıblar,” deyə cənab Turan Amerikanın Səsinə bildirib.
Episodes
-
Mart 30, 2021
Enerji eksperti Umud Şükrinin yeni kitabı çapdan çıxıb
-
Fevral 24, 2021
Cəlal Rövşən Amerikanın Səsinə danışır