Regional İnsan Hüquqları və Maarifləndirmə mərkəzinin rəhbəri Lətafət Məlikova ilə müsahibə
Avqustun 1-də Kürdəmir rayonunda mərkəzi bazarda icarə haqlarının artırılmasına etiraz olaraq 300-dən çox insan etiraz aksiyası keçirib. Etirazçıların sakitləşdirilməsinə polis və yerli icra hakimiyyətinin nümayəndələri cəlb olunub. Bazarı idarə edənlərlə icarədarlar arasında qarşıdurma olub. Bu zaman bir neçə nəfər xəsarət alıb. Hüquq müdafiəçisi hazırda bölgədə vəziyyətin sabit olduğunu deyib. Etirazçılar verilən sözün qüvvəyə minmədiyi təqdirdə nümayişlərinə davam edəcəklərini bildirib