Accessibility links

İran Azərbaycanı

Bilal Hatəmi Xələc türkləri haqda danışır


Güneyli sosioloq deyir ki, Xələc türklərinin dili və kültürü sürətlə zəifləməkdədir. Ankara Hacəttəpə Universitetinin məzunu  Bilal Hatəmi Amerikanın Səsinə müsahibədə İranın Mərkəzi və Qum vilayətlərində yaşayan Xələc türklərinin dil, mədəniyyət, tarix və ictimai həyatlarını şərh edib.  Sosioloqun sözlərinə görə, xələclər ümumiyyətlə Qum, Mərkəzi və Tehran vilayətlərində İran Azərbaycanının digər türk elləri, o cümlədən Şahsevənlər (Şəsəvən) ilə eyni bölgələri paylaşırlar. O, təxminən 66 min Xələc türkünün bu bölgələrdə yaşadığını bildirir.

XS
SM
MD
LG