Accessibility links

Barrozu: Avropa Rusiyaya qarşı yeni ölçülərin götürülməsinə hazırdır


Avropa Komissiyasının başçısı Xose Manuel Barozu prezident Petro Poroşenkonun Avropa liderləri ilə Brüsseldə görüşdüyü bir vaxt Ukrayna böhranının, onun sözlərilə, “qayıdışı mümkün olmayan məqama” çatdığına dair bağlı xəbərdarlıq edib.

Cənab Barrozu bu xəbərdarlığı Rusiya tərəfdarı separatçıların Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşlərdə üstünlük əldə etdiyi ilə bağlı məlumatlarla əlaqədar olaraq verib. O, Avropanın Rusiyaya qarşı yeni ölçülərin götürülməsinə hazır olduğunu deyib, lakin siyasi həll üçün qapıların açıq olduğunu əlavə edib.

Fransa prezidenti Fransua Holland separatçılara dəstəkdən çəkindirmək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi təklifi ilə çıxış edib. Prezident Petro Poroşenko deyib ki, bu gün Ukraynanın qarşıladığı təzyiqlər yaxın gələcəkdə Avropanın başqa yerlərinə də yayıla bilər.

Ukraynanın milli təhlükəsizlik şurasının sözçüsü Andrey Lısenko hökumət qüvvələrinin separatçıların sayının artdığı müşahidə edildiyi şərq bölgəsindəki şəhərlərdən çıxdığını bildirib.

Ukrayna silahlı qüvvələrinin rəsmiləri ölkənin şərqində Ukrayna hərbi qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında döyüş zamanı döyüş təyyarəsinin Rusiya raketi tərəfindən vurulduğunu bildiriblər.

XS
SM
MD
LG