Accessibility links

Nazim Məmmədov: QHT-lərlə bağlı cinayət işi Azərbaycanın imicinə çox ciddi zərbə vurur [Audio-müsahibə]


Nazim Məmmədov
Nazim Məmmədov

Milli Məclisin keçmiş deputatı, iqtisadçı alim Nazim Məmmədov Amerikanın Səsinə müsahibəsində şübhəli pul köçürmələrindən, yüksək riskli bank əməliyyatlarından, bir sıra xarici və yerli Qeyri Hökumət Təşkilatlarına (QHT) qarşı qaldırılan cinayət işindən danışıb.

Nazim Məmmədovla müsahibə
please wait

No media source currently available

0:00 0:07:47 0:00
Direct link
Bu qurumun subyektlərində 20 min manat və daha çox məbləğdə vəsaitlərlə bağlı şübhələr yarandığı halda yoxlamaq imkanları var.

“Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidməti bir neçə il öncə yaranıb. Bu qurumun subyektlərində 20 min manat və daha çox məbləğdə vəsaitlərlə bağlı şübhələr yarandığı halda yoxlamaq imkanları var. Nağdılaşma ilə bağlı isə qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Doğrudur tövsiyələr var və nağdsız ödənişlərin stimullaşdırılması haqqında cənab prezidentin sərəncamı da var. Amma hər hansı fiziki və hüququ şəxsin bankdan hansısa vəsaiti nağdılaşdırması ilə bağlı hər hansı məhdudiyyət yoxdur”, deyə o qeyd edib.

Müəyyən şirkətlər, əsasən tikinti bazarında işləyənlər nağdsız ödənişlərdən istifadə etmir.

Ekspert hesab edir ki, bankdan vəsaitlərin nağdlaşdırılmasının çox olması ümumi inhisarçılıq və vergi qaçaqmalçılığı ilə bağlıdır. “Müəyyən şirkətlər, əsasən tikinti bazarında işləyənlər nağdsız ödənişlərdən istifadə etmir. Bu da Azərbaycana idxal olunmuş mallarla bağlı məlumatların dəyişdirilməsi ilə bağlıdır. Bu yalnız banklardan nağd pul çıxaran hüquqi və fiziki şəxslərin deyil, ümumi iqtisadiyyatın problemləridir”.

O misal kimi Bakının Dərnəgül şosesi ətrafındakı tikinti malları topdansatış bazarlarını göstərib. “Bu bazarlarda dövriyyələrini gizlətmək, vergidən yayınmaq üçün nağd ödənişlərə daha çox üstünlük verirlər”.

Adından da görünür ki, bunlar biznes fəaliyyəti göstərən subyektlər deyil, QHT-lərdir. Bunların hansı vergi qaçaqmalçılığı ola bilər?

N.Məmmədov son aylarda QHT-lərlə bağlı aparılan istintaq işindən danışarkən deyib ki, istənilən halda QHT-lərin vergi qanunvericiliyini pozması ilə bağlı qaldırılan cinayət işinə münasibəti mənfidir. “Adından da görünür ki, bunlar biznes fəaliyyəti göstərən subyektlər deyil, QHT-lərdir. Bunların hansı vergi qaçaqmalçılığı ola bilər? İttihamın əsaslı olması cəmiyyətdə də şübhələr yaradır. Mən inanmıram ki, hansısa ciddi QHT, o cümlədən qərbdən qrant alan təşkilat əmək haqqı ilə bağlı vergi öhdəliyini ödəməsin. Onların biznes fəaliyyəti ilə məşğul olması qadağandır və biznes fəaliyyəti göstərmələri də mümkün deyil. Ona görə də onların daha çox vergi ilə bağlı prosedurlarda günahlandırılması və cinayət işlərinin o səpkidə aparılmasına şübhə ilə yanaşıram və obyektivliyini şübhə altına alıram. Mən bu məsələlərin çox tez zamanda yekunlaşmasını istərdim. Çünki Azərbaycanın imicinə çox ciddi zərbə vurur”.

Əgər monitorinq xidmətinin maraq dairəsinə belə kiçik rəqəmlər düşürsə bu haqda fikirləşmək lazımdır.

O Maliyyə Monitorinq Xidmətinin hesabatında 2013-cü ildə yüksək riskli bank əməliyyatlarının 86,5 faizinin 5 min manatadək olan vəsaitlərə aid edilməsini monitorinq xidmətinin vaxtını “fövtə verməsi” kimi qiymətləndirib. “Əgər monitorinq xidmətinin maraq dairəsinə belə kiçik rəqəmlər düşürsə bu haqda fikirləşmək lazımdır. Amma bunun real olub, olmamasına şübhə də edə bilmərəm. Ancaq bu yaxınlarda o da görsəndi ki, müxtəlif biznes şəbəkələri ilə həqiqi olaraq müqavilə bağlanmış və Azərbaycan üzərindən qanunla qadağan olunmayan şəkildə Misirin keçmiş diktatorunun yüz milyonlarla vəsaitini də keçirmək olar. Yəni bu monitorinq orqanlarında heç şübhə də yaratmır”.

Bu halda QHT-lərə daha çox qrantların ayrılması ölkənin mənafeyinə uyğundur.

N.Məmmədov hesab edir ki, QHT-lər Azərbaycanın qoşulduğu konvensiyalar və öhdəliklərin yerinə yetirilməsini monitorinq edir, ölkənin demokratikləşməsinə təklan verir. “Bu halda QHT-lərə daha çox qrantların ayrılması ölkənin mənafeyinə uyğundur. Bu Gürcüstanda da, digər ölkələrdə də belədir və töhfəsini verir”, o qeyd edib.

Əgər ölkədə korrupsiya, rüşvət varsa bu QHT sektorunda da mövcuddur və ölkənin ümumi problemidir.

Ekspert eyni zamanda dövlət büdcəsindən də QHT-lərə qranların ayrıldığını deyib. Onun sözlərinə görə, bu qrantların ayrılmasında da neqativ hallar var və QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi bu halların qarşısının alınması üçün addımlar atdığını qeyd edir. “Əgər ölkədə korrupsiya, rüşvət varsa bu QHT sektorunda da mövcuddur və ölkənin ümumi problemidir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG