Accessibility links

Salvadorda zəlzələ sunami qorxularına yol açıb


Salvador sahillərindən kənarda baş vermiş zəlzələ nəticəsində azı bir adam həlak olub. Zəlzələ regionda sunami qorxularına yol açıb.

ABŞ-ın Geoloji Araşdırma Mərkəzinin verdiyi məlumata görə 7,4 bal gücündə zəlzələ bazar ertəsi paytaxt San Salvadordan 169 kilometr uzaqlıqda Sakit okeanın 70 kilometr dərinliyində baş verib.

Salvadorun San Migel şəhərinin merinin verdiyi məlumata görə, bir nəfər elektrik dirəyinin yıxılması nəticəsində dünyasını dəyişib.

Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi zəlzələnin episentrindən 300 kilometr məsafədə, Salvador, Nikaraqua və Honduras sahillərində təhlükəli sunami dalğalarının ehtimalı ilə bağlı xəbərdarlıq edir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG