Accessibility links

Osama Bin Ladeni öldürən amerikalı adını açıqladı


ABŞ Donanmasının desant-təxribatçı veteranı bildirib ki, 2011-ci ildə o, Pakistandakı sığınacağda Əl Qaidənin lideri Osama bin Ladeni atəş açaraq öldürüb.

Robert O’Nil ABŞ mətbuatına bildirir ki, o, Pakistanın Abbotabad şəhərindəki evində bin Ladenə çarpayısının önündə üç güllə vurub.

O’Nil bildirir ki, otağa ilk daxil olan ABŞ Dəniz donanmasının SEAL (Dəniz, Hava, Torpaq Komandası) hərbçisi bin Ladenə atəş açıb, lakin hədəfi vura bilməyib və daha sonra O’Nil gecə görüntüsü olan binoklu ilə bin Ladeni nişan alıb.

ABŞ Dəniz Donanmasının Xüsusi Döyüş komandanı hər bir donanma hərbçisinə bildirib ki, onların öz işlərinin detalları haqda danışmaq, nailiyyətlərindən şöhrət və ya maddi qazanc üçün istifadə etmək hüquqları yoxdur.

Reyddə iştirak edən digər SEAL hərbçisi Metyu Bissonet isə daha öncə bu hərbi əməliyyat haqda kitab yazıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG