Accessibility links

AŞ Nazirlər Komitəsinə sədrlik Azərbaycandan Belçikaya keçib


AŞPA
AŞPA

Noyabrın 13-də Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik Azərbaycandan Belçikaya keçib.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sədrliyi Belçikaya təhvil verməzdən öncə Azərbaycanın Nazirlər Komitəsində sədrliyi dövründə fəaliyyəti haqqında məlumat verib.

AŞ Nazirlər Komitəsinin yeni sədri, Belçika Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə nazir Didye Reyndersdir. Belçika növbəti altı ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək.

XS
SM
MD
LG