Accessibility links

İranın Yaxın Şərqdə nüfuzunu artıracağı ilə bağlı narahatlıqlar artır [Təhlil]


Diplomatların İranın nüvə statusu ilə bağlı son müzakirələr apardığı bir vaxt, bu ölkənin Yaxın Şərqdə nüfuzunu artıracağı ilə bağlı narahatlıqlar artır.

İran və dünyanın altı qüdrəti İsveçrədə əldə edilən çərçivə razılığından sonra diqqəti nüvə proqramı ilə bağlı razılığı iyun ayının sonunadək tamamilə başa çatdırmağa yönəldib. Danışıqlarda nailiyyət əldə edildiyi bir vaxt, regional dövlətlər Yəməndəki Huti üsyançılarını dəstəkləməsi və Livandakı şiə Hizbulla qrupu ilə əlaqəsi də daxil edilməklə, İranla bağlı digər narahatlıqları dilə gətirməyə başlayıb.

İranın ən böyük tənqidçisi İsraildir. “Bu razılıq İrana iqtisadiyyatını möhkəmlətməyə imkan verəcək. Bu, İrana Yaxın Şərqdə nüfuzunu artırmağa və terrorizmi genişləndirməyə imkan verəcək.” deyə, İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Lakin Dövlət Departamentinin sözçüsü Mari Hartın dediyinə görə, əslində nüvə razılaşması İrandan qaynaqlanan hədənin qarşısını ala bilər. “Bizim İranın nüvə silahı əldə etməsinin qarşısını almaq səylərimizə əsas səbəblərdən biri elə odur ki, İran atom bombası əldə etdikdən sonra regionda daha qüdrətli fiqura çevrilə bilməsin.”

Lakin Kelsi Devenport kimi bəzi ekspertlərın İranın nüvə proqramı ilə bağlı öz fikirləri var. Onlar əldə edilən razılığın regionda sabitliyi pozacağını deyirlər. “İranın nüvə infrastrukturunu saxlayacaq hər hansı razılıq pis nəticə verəcək.”

Yaxın Şərq üzrə təhlilçi Emanuel Ottolengi deyir ki, İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bu ölkəyə təzyiqin azalacağı barədə narahatlıqlar əsassız deyil. “Bu, İranın var-dövlətini artıracaq və rejim bundan xarici siyasət aləti kimi istifadə edəcək. Bundan sonra İran regional qüdrət kimi rolunu möhkəmləndirmək xətti tutacaq.”

Təhlilçi İsrailin regionda İran tərəfindən ən çox təhdid olunan ölkə olduğunu deyir. Digər tərəfdən isə o deyir ki, sanksiyaların qaldırılması əvvəllər İranla ticarət əlaqələri quran ölkələr üçün faydalı olacaq.

XS
SM
MD
LG