Hər il mayın sonuncu bazar ertəsi amerikalılar müharibə veteranlarının xatirəsini yad edir. Bu fotolar döyüşün od-alovu ilə üzləşmiş əsgərlərin emosional anlarını, Amerika cəmiyyəti üçün müharibənin bədəlini əks etdirir.
Müharibənin bədəli - ABŞ veteranları fotolarda
5
ABŞ hərbi zabiti Brian Pacholski eyni şəhərdə (Toledo, Ohio) boya başa çatdığı dostu və həmkarı David Borelli sakitləşdirir. Foto Bağdaddan 50 kilometr şimalda Bələd şəhərindəki hərbi bazanın girəcəyində çəkilib (13 iyun, 2003). Borell üç iraqlı uşağın partlayıcı quğudan yaralandığını gördükdən sonra tab gətirmədi. Foto: Toledoblade.com
6
Gizir Joseph Patrick Dwyer-in bu fotosu 2003-cü il, martın 25-i çəkilib. Bağdaddan cənubda yerləşən Mişkab şəhərində həbrbçi oğlan uşağını təhlükəsiz yerə qaçırır. Dwyer 2008-ci ilin iyulunda dərman dozasının çoxluğundan dünyasını dəyişib. Foto: ARMY TIMES/ WARREN ZINN via CBS News.
7
Serjant Travis Millis-in 1 yaşlı qızı Chloe Mills atasına toxunur. Şəkil Miçiqanın Vassar qəsəbəsində, veteranın uşaqlıq evində çəkilib. 4 oktyabr, 2012. Əsgər əllərini və ayaqlarını Əfqanıstan müharibəsində itirib. Foto: Carlos Osorio via NBC News.
8
Terri Gurrola 3 yaşlı qızı Gabrielle Gurrolanı Hartsfield-Jackson Beybnəlxalq Aeroportunda qarşılayır. Foto İraqda yeddi ay xidmət etmiş Gurrola ABŞ-a qayıdarkən çəkilib. Foto: Louie Favorite / AJC.