Hər il mayın sonuncu bazar ertəsi amerikalılar müharibə veteranlarının xatirəsini yad edir. Bu fotolar döyüşün od-alovu ilə üzləşmiş əsgərlərin emosional anlarını, Amerika cəmiyyəti üçün müharibənin bədəlini əks etdirir.
Müharibənin bədəli - ABŞ veteranları fotolarda
1
Hərbçi ata ilə oğulların emosional qovuşması. Atanın və fotoqrafın kimliyi naməlum qalır. Foto: IMGUR.
2
“Traci Wise: Ötən gün oğlumu papası ilə vaxt keçirən anda gördüm (SFC Benjamin Wise). Biz onu Əfqanıstanda 15 yanvarda itirdik… bu uşaqların itkidən nələr keçirdiklərini unutmaq olmaz. Foto: No Greater Love/Pinterest
3
Labrador cinsli Hawkeye dəfn mərasimi zamanı yiyəsi Jon Tumilsonun tabutu qarşısında uzanıb. Tumilson avqustun 6-da Əfqanıstanda helikopter vurularkən həlak olan 38 hərbçi sırasında idi. Foto: Lisa Pembleton/GETTY
4
Birinci Dəniz Piyadaları Diviziyasında xidmət edən ABŞ Donanma hospital korpusmeni Richard Barnett mərkəzi İraqda uşağı qucağında tutub. (29 mart, 2003). Döyüş zamanı uşaq ailəsindən ayrı düşmüşdü. Foto: Damir Sagolj via Business Insider.