Accessibility links

“Biz burada liderlik qabiliyyətlərimizi inkişaf etdiririk.” [Video-Müsahibə]


Benjamin Franklin proqramının azərbaycanlı təqaüdçüsü
please wait

No media source currently available

0:00 0:03:38 0:00

“Öz ölkəmizə qayıtdıqdan sonra müxtəlif layihələri həyata keçirmək üçün müxtəlif qabiliyyətlərə yiyələnirik,” deyə Benjamin Franklin Transatlantik Təqaüdçülər Təşəbbüsünün iştirakçısı Fidan Vəli Vaşinqtonda olarkən Amerikanın Səsinə müsahibəsində bildirib.

Orta məktəbi bitirdikdən sonra Amerikada təcrübə almaq üçün müraciət edən Fidan proqrama ilk öncə daxil olmasından təəccübləndiyini bildirib. Fidanın sözlərinə görə Amerikada oxumaq, təcrübə keçmək həmişə onun arzusu olub.

Təşkilatçılar çalışırlar ki, biz Amerikanı müxtəlif nöqteyi-nəzərlərdən özümüz üçün aşkar edək.

Hazırda Şimali Karolina ştatında qərargahlanan proqram iştirakçıları Filadelfiya və paytaxt Vaşinqtonda olublar və əlavə bir neçə şəhərdə olmağı planlaşdırırlar.

“Təşkilatçılar çalışırlar ki, biz Amerikanı müxtəlif nöqteyi-nəzərlərdən özümüz üçün aşkar edək,” deyə o bildirib.

Fidan amerikalıların qonaqpərvərliyindən və insanların gülərüzlüyündən razı qaldığını deyib.

Benjamin Franklin Transatlantik Təqaüdçülərin Yay İnstitutu, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni Əlaqələr Bürosununun təsis etdiyi proqramdır. Amerikanın əfsanəvi dövlət xadimi və Amerika ilə Avropa arasında anlaşma yaratmış şəxsiyyət olaraq Benjamin Franklinin anadan olmasının 300-cü ildönümünü şərəfləndirən proqram 2006-cı ildə təsis olunub.

Diplomat və naşir kimi o, diplomatiya və medianın qüdrətindən istifadə edərək amerikalılar və dünyanın başqa xalqları arasında informasiya mübadiləsi qurmaqda instrumental rol oynamışdı. İnstitut amerikalıları və avroplalılara 21-ci əsrin sınaqlarınndan keçmək üçün birgə səylər sərgiləməkdə və bir-birlərini daha yaxşı anlamaqda bələdçilik edir. İnstitut həmçinin gənclərin həm informasiya istehsalçısı hm də istehlakçısı kimi media ilə təmaslarına, və söz azadlığının insanlara verdikləri hüququ və məsuliyyətlərə diqqət yetirir.

Benjamin Franklin Transatlantik Təqaüdçülərin Yay İnstitutu bütün Avropa və ABŞ boyu müxtəlif milliyətli və intellektual maraq göstərən gəncləri hər il dörd həftəlik proqram üçün bir araya gətirir.

XS
SM
MD
LG