ABŞ prezidentliyinə Respublikaçı iddialı Donald Tramp deyir ki, ABŞ yalnız Avropa dövlətləri xahiş edərsə Krım məsələsinə qarışa bilər. Əks təqdirdə, Krım Avropanın problemidir, deyə milyarder maqnat bildirib.
“Əvvəla bir şeyi başa salım – bu, bizdən çox Avropanın problemidir,” deyə Tramp Şotlandiyada səfərdə ikən CNN jurnalistinə bildirib.
Axı niyə Almaniya bu məsələdə estafeti ələ almayıb? Almaniya kifayət qədər zəngin, qüdrətli ölkədir. Sanki hər şeyi Amerika etməlidir – sanki biz dünyanın polisiyik.
“Avropa bizim qədər şikayət etmir. Əgər Avropa gəlib bizə desə ki, "bizə sizin köməyiniz lazımdır", onda başqa msələ. Amma onlar bunu etmirlər. Onlar Rusiya ilə ticarət edirlər, ruslardan qaz alırlar, neft alırlar – onlar bizdən kömək diləmirlər. Biz isə bundan böyük bir məsələ çıxarmışıq.”
“Axı niyə Almaniya bu məsələdə estafeti ələ almayıb?” deyə Tramp soruşub. “Almaniya kifayət qədər zəngin, qüdrətli ölkədir. Sanki hər şeyi Amerika etməlidir – sanki biz dünyanın polisiyik.”
Daşınmaz əmlak üzrə biznesmen Donald Tramp bu günlərdə Respublikaçıların prezidentliyə namizədi olmaq üçün ortaya iddia qoyduqdan sonra yüksək reytinqlər əldə edib. Respublikaçı seçicilər arasında hazırda 17 faiz civarında dəstəklə Tramp bütün başqa rəqiblərini rəy sorğularında geridə qoyur.
Donald Tramp öz çıxışlarında ABŞ-a kriminal mühacirlər göndərməkdə ittiham etdiyi Meksika və ticari məsələlərdə Amerikanı qabaqlamağa çalışan Çinlə sərt davranacağını vəd edir.