Accessibility links

ABŞ rəsmiləri yeni terror xəbərdarlıq sistemi açıqlayacaqlar


Milli Təhlükəsizlik Naziri Ceh Conson Vaşinqtonda təmsil etdiyi agentliyin fəaliyyətləri haqda danışır. 7 dekabr, 2015.
Milli Təhlükəsizlik Naziri Ceh Conson Vaşinqtonda təmsil etdiyi agentliyin fəaliyyətləri haqda danışır. 7 dekabr, 2015.

Bazar ertəsi Milli Təhlükəsizlik Naziri Ceh Conson ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra ABŞ-ın “yerli terror təhlükəsi”nin yeni mərhələsinə daxil olduğunu bildirib.

Sen Bernardino hücumu zamanı Səyid Rizvan Fərrux həyat yoldaşı Təşfin Maliklə bilikdə 14 nəfəri öldürüb. Ağ Ev bu hadisəni “terror hücumu” kimi qiymətləndirir.

Cütlüyün terror şübhəliləri siyahısında olmadıqıları bildirilir. ABŞ dövlət rəsmiləri İslam Dövləti kimi təşkilatları dəstəkləyən, ancaq birbaşa sifariş olmadan bu cür hücumlar həyata keçirən insanlarla bağlı narahatlığını ifadə edib.

Consonun terror hücumu ilə bağlı konkret etibarlı informasiyanın olmasına baxmayaraq, riskin var olduğunu bildirib. O qanun-mühafizə orqanlarının siyahısında olmayan insanlar tərəfindən hücumlar həyata keçirilə biləcəyilə ilə bağlı xəbərdarlıq edib.

İnanıram ki, biz belə bir mühitdə təhlükəsizliyi təkmilləşdirmək üçün yeni xəbərdarlıq sisteminə keçməliyik,
Ceh Conson, ABŞ Milli Təhlükəsizlik Naziri

2001-ci ildə Nyu-York və Vaşiqntonda baş verən terror hücumlarından sonra rəng kodlu xəbərdarlıq sistemi tətbiq olunmuşdu. 10 il sonra bu sistem iki-mərhələli sistemlə əvəz olundu. Consonun sözlərinə görə, Milli Terrorizm Xəbərdarlıq Sistemi yararsızdır və ondan heç bir zaman istifadə olunmayıb, çünki sistem ölkəyə qarşı konkret təhlükələrdən asıldır.

Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Conson deyib ki, Paris hücumlarından sonra ABŞ “yüksək təhlükəsizlik vəziyyətindədir.” Onun sözlərinə görə, hazırda ABŞ-a qarşı hər hansı planlaşdırılmış hücumla bağlı heç bir məlumat yoxdur.

San Bernardino terror hücumu qurbanlarının xatirə məkanı
San Bernardino terror hücumu qurbanlarının xatirə məkanı

“ABŞ-da Parisdə baş verən kimi bir hücumun olacağı barədə məlumat yoxdur, amma biz yenə də belə bir hadisənin baş vermək ehtimalından narahatıq,” deyə Conson bildirib.

Nazri həmçinin bildirib ki, president Obamanının əmri ilə Milli Təhlükəsizlik Nazirliyi Dövlət Departamenti ilə birlikdə Taşfin Malikin ölkəyə daxil olduğu K-1 yəni nişanlı vizası proqramının prosedurlarını nəzərdən keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG