Accessibility links

ABŞ Suriyada hökumət qüvvələrini vurduğunu inkar edir


ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya rəsmilərinin Deir əs-Zor vilayətində hökumət binasını döyüş təyyarələri ilə bombardman etməsi haqda ittihamları rədd edib.

Suriya mətbuatı hadisə zamanı 3 əsgərin həlak olduğunu, 13-nün isə yaralandığını bildirib.

Suriya hökumət televiziyası bazar günü hərbi obyektlərə edilən hava hücumunu ölkəyə "dözülməz təcavüz" adlandırıb.

Məlumatda xarici işlər nazirinin BMT və Təhlükəsizlik Şurasının hazırkı prezidentinə rəsmi məktub göndərdiyi bildirilir.

Ərəb mətbuatı xəbər verib ki, koalisiyaya məxsus dörd təyyarə İŞİD-ın nəzarətində olan Ayaş şəhərini bombalayıb və doqquz raket bu ərazini hədəf alıb.

Hökumətə məxsus zirehli maşınlar da məlumata görə məhv edilib.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın sözçüsü polkovnik Stivin Uorren isə israr edir ki, koalisiya qüvvələri bu hadisəyə məsuliyyət daşımır.

Koalisiya qüvvələri hökumət mövqeyindən 55 kilometr şimaldakı ərazini hədəf alıb.
Steven Varren, polkovnik

O deyib ki, koalisiyaya məxsus döyüş təyyarələri yalnız hökumət mövqelərindən 55 kilometr şimalda ərazini hədəf alıb.

Dubayda qərərgahlanan Yaxın Şərq üzrə analitik Teodor Karasik Amerikanın Səsinə bildirib ki, hava hücumları günahsız insanların tələf olmaması məqsədi ilə hücumlara yaxından nəzarət edir, amma yerdəki vəziyyətin mürəkkəbliyi hədəflərin dəqiq müəyyən edilməsini çətinləşdirir.

Sunday Times qəzetinə verdiyi müsahibədə Suriya prezidenti Bəşar əl-Əsəd Britaniyanın koalisiya hava zərbələrinə qatılmasını sərt tənqid edib. "Yerdə qüvvələrin əməkdaşlığı olmadan, təkcə hava zərbələri ilə İŞİD-i məğlub etmək mümkün deyil," deyə o bildirib.

XS
SM
MD
LG