Accessibility links

Urmiyədə Suriyada həlak olanların cənazə mərasimi keçirilib


Fevral ayının 7-də İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Suriyada həlak olmuş daha iki qüvvəsi üçün Urmiyədə cənazə mərasimi keçirilib.

İran xəbər agentliklərinin yaydığı məlumata əsasən Qərbi Azərbaycan vilayətinin Bukan şəhərindən olan İsmayıl Şucayi və Urmiyəli Mustafa Qasımpur bir neçə gün öncə Suriyada həlak olublar.

Tasnim xəbər agentliyi İsmayıl Şucayinin bir il, Mustafa Qasımpurun isə bir neçə ay öncə Suriyaya göndərildiyini bildirir.

Suriyada cərəyan edən vətəndaş müharibəsində on minlərlə adam həlak olub.
Suriyada cərəyan edən vətəndaş müharibəsində on minlərlə adam həlak olub.

İran İslam Respublikası Suriya hökumət qüvvələri ilə çiyin-çiyinə döyüşən Sepah qüvvələrini “Hərəm Müdafiəçiləri” adlandırıb, onların şiələrin müqəddəs məkanlarını qorumaq məqsədilə Suriyaya göndərildiyini bildirir.

Suriyada vətəndaş müharibəsi başladıqdan bəri yüzlərlə Sepah əsgərinin bu ölkədə həlak olduğuna dair məlumat yayılıb. Həlak olanların içində yüksək rütbəli komandirlər və generallar da var.

İSNA və Tasnim xəbər agentliklərinin məlumatına görə, Suriyada həlak olan ilk iranlı Məhərrəm Türk adlı bir Sepah komandiridir. O, 2012-ci ilin yanvarında həlak olub. Məhərrəm Türk İranın Luristan vilayətindəndir.

XS
SM
MD
LG