Accessibility links

BMT: Əsəd hökuməti məhbusları qırır


BMT Müstəqil Araşdırma Komissiyasının rəhbəri Paulo Pnheiro mətbuat konfransı keçirir. 8 fevral, 2016.
BMT Müstəqil Araşdırma Komissiyasının rəhbəri Paulo Pnheiro mətbuat konfransı keçirir. 8 fevral, 2016.

BMT təhqiqatçıları bazar ertəsi Suriya hökumətini həbsdə saxladığı mülki vətəndaşları qırmaqda ittiham edib. Təhqiqatçılar qırğın siyasətini bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirirlər.

Müstəqil Beynəlxalq Kommissiya tərəfindən aparılmış araşdırma Suriyada məhbus həyatı görmüş 600 şahidlə müsahibələrə əsaslanır.

Əsəd hökuməti sistematik və geniş miqyasda mülki vətəndaşları məhv etməklə məşğul olub.

Təhqiqatçılar Suriya hökumətini, silahlı müxalifəti və terrorçu qrupları bəşəriyyətə qarşı cinayətlərdə ittiham edərək məxfi saxlanma mərkəzlərinə mülki vətəndaşların, o cümlədən uşaqların heç bir cəzasız qətlə yetirildiklərini bildirir.

Hesabat aydın edir ki, prezident Bəşər əl-Əsədin hökuməti on minlərlə adamı məhbus saxlayır, və güman ki, minlərlə adam həbs olunduqdan sonra yoxa çıxıb.

BMT-nin açıqladığı hesabat rəsmi Dəməşqi məhbusları acından öldürməkdə, həyat təhlükəli yaraları müalicə etməməklə insanların ölümünə şərait yaratmaqda ittiham edir. Hesabatda deyilir ki, Əsəd hökuməti sistematik və geniş miqyasda mülki vətəndaşları qırmaqla məşğul olub.

Suriya prezidenti Bəşər əl-Əsədə sadiq qüvvələr insanlığa qarşı cinayətlərdə ittiham olunur.
Suriya prezidenti Bəşər əl-Əsədə sadiq qüvvələr insanlığa qarşı cinayətlərdə ittiham olunur.

Müstəqil komissiyanın sədri Paulo Sergio Pinheiro deyib ki, hökumətin saxlanma mərkəzlərində insanlar kütləvi hüquq pozuntularına məruz qalırlar. Onlar cüzi qida və tibbi xidmətlə, kütləvi şəkildə kiçik kameralarda saxlanılır.

Onun sözlərinə görə minlərlə adam işgəncə və döyülmə nəticəsində həlak olub.

“Dövlət rəsmiləri bilirlər ki, məhbəs şəraiti məhbusların kütləvi ölməsinə səbəb olur. Onlar qəsdən bu faktları gizlətməyə çalışırlar,” Pinheiro bildirib.

XS
SM
MD
LG