Accessibility links

Con Kerri Albaniyada ədliyyə islahatlarına dəstək bildirib


ABŞ Dövlət katibi Con Kerri və Albaniyanın Baş naziri Edi Rama
ABŞ Dövlət katibi Con Kerri və Albaniyanın Baş naziri Edi Rama

Dövlət katibi Con Kerrinin başçılığı ilə ABŞ nümayəndə heyəti ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və ölkə rəsmilərinin ədliyyə islahatlarının keçirilməsinə təşviq edilməsi məqsədilə Albaniyada səfərdədir.

"Ədliyyə sisteminin yaxşılaşdırılması və korrupsiya ilə mübarizənin gücləndirilməsinə imkan verəcək hazırda nəzərdən keçirilən ədliyyə islahatları paketi məndə ümid yaradır"-deyə Con Kerri bildirib.

ABŞ Dövlət katibi bu açıqlamanı Tiranada Albaniyanın Baş naziri Edi Rama və başqa rəsmilərlə görüşdən sonra verib.

"Ölkəniz düzgün istiqamətdə gedir"-deyə Con Kerri əlavə edib.

"Birləşmiş Ştatların dəstəyi və məsləhəti olmadan Albaniya bu islahatlar sahəsində bu qədər irəliləyə bilməzdi"-deyə Baş naziri Edi Rama bildirib.

Dövlət Departamentinin yüksək səviyyəli bir rəsmisi bildirib ki, hazırkı qanun layihəsi Albaniyanın ədliyyə sektorunun ABŞ və Avropa hüquq normalarına yaxınlaşdırılması və ABŞ-ın Federal Təhqiqatlar Bürosuna oxşar agentliyin yaradılmasını nəzərdə tutur.

ABŞ və Avropa ölkələrin eyni zamanda anti-korrupsiya səylərində Albaniyaya yardım göstərir.

Albaniya NATO üzrə müttəfiq və Avropa İttifaqına üzvlüyə namizəddir.

Ölkə ABŞ-ın İslam Dövləti qrupuna qarşı başçılıq etdiyi koalisiyanın üzvüdür. Albaniya bu səylərdə əsas etibarilə İraqda peşmergə qüvvələrinə hərbi təchizatla yardım edən Balkan ölkələrindən biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG