Washington Post qəzetinin redaksiya məqaləsi Azərbaycan prezidenti İlham Əliyevi müstəqil jurnalizmə müharibə elan etməkdə günahlandırır.
Məqalədə ABŞ paytaxtında Dövt Katibi Con Kerri və Vitse-Prezident Co Baydenlə görüşdükdən sonra vətənə qayıdan Əliyevin öz "zorakı" idarəçilik metoduna sadiq qaldığı vurğulanır.
Bu DTK metodları hədəf alınanlar üçün ağrılı ola bilər, ancaq onlar həqiqəti qapada, tənqidi gizlədə bilməz. Bunu Meydan TV və Xədicə İsmayılova cəsarətlə sübuta yetiriblər.
“Aprelin 21-də müstəqil rəqəmsal xəbər platforması olan Meydan TV-ə qarşı cinayət işi başlanılıb. Platformanın əməkdaşları qeyri-qanuni biznes fəaliyyətində, səlahiyyəti aşmaqda və vergidən yayınmada ittiham olunurlar,” Postun məqaləsində bildirilir.
Özü qondarma ittihamlarla 16 ay məhbəsdə qalmış Emin Milli bu ittihamları “müstəqil jurnalizmə müharibə elan oluması” kimi dəyərləndirib.
“İlham Əliyev həmişə tənqidə dözümsüz olub. Onun qızlarına məxsus qızıl yataqlarını ilk ifşa edən jurnalist Xədicə İsmayılovanı həbsə saldıqdan sonra üzə çıxan Panama Sənədləri əslində məsələnin daha geniş olduğunu göstərir,” Post yazır.
Meydan TV-nin Azərbaycanda mövcud informasiya boşluğunu doldurduğunu qeyd edən məqalə bu platformanın hökumətin xoşuna gəlməyən mövzulara toxunduğunu vurğulayır. Postun yazdığna görə məhz Meydan TV-nin fəaliyyəti nəticəsində cəbhə xəttindəki son toqquşmalarda baş verən təlafatın hökumət dediklərindən üç qat artıq olduğu üzə çıxıb.
“İlham Əliyev, belə görünür, məxfi polis və prokurorlar vasitəsilə azad mediaya qarşı savaşa biləcəyini güman edir. Ola bilsn ki, cənab Əliyev bu tendensiyanı atasından - Sovet DTK-sında özün karyera qazanmış və sonradan Politbüroya təyinat almış Heydər Əliyevdən miras alıb. Bu DTK metodları hədəf alınanlar üçün ağrılı ola bilər, ancaq onlar həqiqəti qapada, tənqidi gizlədə bilməz. Bunu Meydan TV və Xədicə İsmayılova cəsarətlə sübuta yetiriblər.”
Yaxşı olardı ki, Əliyev əyləşib bu kanala özü baxaydı. Onda bəlkə müasir dövrdə bir millətin müvəffəq olması üçün hansı dəyərlərə sahib olması haqda nəsə öyrənərdi.
Washington Post-un redaksiya heyəti prezident Əliyevi bütün siyasi məhbusları azad etməyə Meydan TV-nin təqibinə son qoymağa çağırır.
“Yaxşı olardı ki, Əliyev əyləşib bu kanala özü baxaydı. Onda bəlkə müasir dövrdə bir millətin müvəffəq olması üçün hansı dəyərlərə sahib olması haqda nəsə öyrənərdi,” deyə redaktorlar yazını bitirir.