Accessibility links

"Satmağa medal gətirənlər çoxalıb"


Hazırda satışda ən bahalı medal 10-15 manatadır. Tərkibində qızıl olanlar 100 manatdan baha,gümüş olanlar isə qramına görə, 30-40 manata satılır

Bu, 2-ci Dünya Müharibəsi veteranının “Berlinin alınmasına görə” medalıdır, bu isə “Praqanın azad olunmasına görə”...

Əntiq əşyaların və suvenirlərin satıldığı mağazaların bir küncündə II Dünya Müharibəsinə aid orden, medallar, döş nişanları hələ də satılır.

Onların sahibləri müharibədə vuruşanlar, onları bu mağazalara gətirənlər isə ya həmin veteranların özləri, ya övladları, nəvələri, ya da hansısa vasitəçilərdir.

“Elə bilirdim ki, bunlar çox bahadır. Ancaq elə də baha deyilmiş”, medallardan birinin qiyməti ilə maraqlanan tarix müəllimi Kərim Əliyev deyir.

Veteranların orden medallarını onların ailə üzvləri və vasitəçilər satır

Medalları satan Vüqar Rəhimov söyləyir ki, hazırda satışda ən bahalısı 10-15 manatdır. Tərkibində qızıl olanlar 100 manatdan baha,gümüş olanlar isə qramına görə, 30-40 manata satılır. Ancaq tərkibində qızıl olanlara tək-tük rast gəlinir. Satışdakıların çoxunun tərkibi metaldan ibarətdir:

“Deyərdim ki, adi dəmirdir. Ancaq insanları ruhlandırmaqdan ötrü o dövrdə böyük bir dəyər sayılıb. İndi satışa çıxarılan bu medallara görə adamlar sayılıb-seçilirdilər. Alanlara gəldikdə, daha çox turistlər alır, yerli adamlar yox. Ancaq tarixlə, müharibə ilə maraqlananlar gəlib baxır. Baha satılanlar orden idi, bir də tərkibində qızıl olanlar. Onlar satışda çox azdır”.

Vüqar Rəhimov deyir ki, orden- medalları onlara, adətən, vəfat etmiş veteranların yaxınları və vasitəçilər gətirib verir.

Adını çəkmək istəməyən başqa bir satıcı isə deyir ki, mağazasına qoyulan medallardan birinin sahibi onu imkansızlıqdan satmağa gətiribmiş:

“Yoxsa kim canını qoyub aldığı ordeni, medalı satmaq istəyər ki?”

“100 manata almaq istəyirdilər, satmadım”

Müharibə veteranı Qiyas Əliyev nə qədər çətin yaşasa da, heç vaxt orden- medallarını satmağı ağlından keçirmədiyini söyləyir:

“Bir dəfə “Lenin” ordenini məndən 100 manata almaq istəyirdilər, satmadım. Ona görə canımı qoymuşam, necə sata bilərəm?”

Bu ilin aprelində vəfat etmiş 94 yaşlı müharibə veteranı Ağasəməd Xudaverdiyevin qızı Ruqiyyə Əmirbəyova atasının orden- medalları taxılmış pencəyini geyinib. Deyir ki, bacardığı qədər atasının xatirəsini qorumağa çalışacaq:

XS
SM
MD
LG