Accessibility links

Fransada Bastiliya Günü terroru


Silahlarla və qumbaralarla dolu yük maşını Bastiliya Günü münasibətilə cənubi Fransa şəhəri Nitsada toplaşmış izdihamın üzərinə sürülərək azı 73 adamın ölümünə, 100-dən çox adamın yaralanmasına səbəb olub.

Regional prezident Christian Estrosi Twitter hesabında ölüm sayını təsdiq edərək insidenti Nitsa tarixində “ən ağır faciə” adlandırıb.

Hücum insanların Fransa İnqilabının ildönümü münasibətilə düzənlənən atəşfəşanlığı seyr etdiyi vaxt baş verib.

Hücum insanların Fransa İnqilabının ildönümü münasibətilə düzənlənən atəşfəşanlığı seyr etdiyi vaxt baş verib.

Fransa Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet yük maşını sürücüsünün “neytrallaşdırıldığını” xəbər verir. Amma yük maşını kabinəsində olanların dəqiq sayı aydın deyil.

Polis sözçüsü Sylvie Toffin insidentin hücum olduğunu təsdiq edib. Associated Presslə danışan Toffin “bu, hücumdur,” deyə bəyan edib.

Promenade des Anglais-dəki mənzərə
Promenade des Anglais-dəki mənzərə

Şahidlərdən biri Associated Press agentiliyinə yük maşınının kütlə üzərinə sürlüdüyünü, daha sonra sürücünün maşından çıxaraq kütləyə atəş açdığını gördüyünü deyib.

“Yol boyu cəsədlər var idi,” deyə Vasim Buhlel bildirib.

Nitsa prokuroru Aralıq Dənizi sahilindəki şəhərinin əsas küçəsi olan Promenade des Anglais bulvarında çox sayda cəsədlərin olduğunu bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb, ancaq son vaxtlarda Fransa Suriya və İraqda qərargahlanan İŞİD qruplaşmasının hədəfinə çevrilib.

XS
SM
MD
LG