Accessibility links

Braziliyada etiraz dalğası


Yüzlərlə nümayişçi Rio De Janeronun mərkəzində toplaşaraq prezident Dilma Russefi müvəqqəti əvəzləyən Maykl Temerin hökumətinə qarşı aksiya keçiriblər.

Russefin tərəfdarları şəhərin mərkəzi küçələrində “Temerə istefa!” şüarları səsləndiriblər və əsas meydana doğru irəliləyiblər.

81 senatordan 54-ü onun əleyhinə səs verərsə, Russeff prezidentlikdən azad ediləcək və onu müvəqqəti əvəzləyən Temer 2018-ci ilin sonunadək prezidentlik vəzifəsini icra edəcək.

Russeff may ayında maliyyə qanunlarını bilərəkdən pozduğu üçün vəzifəsindən kənarlaşdırılmışdı. Senat avqust ayında onun tamamilə prezidentlik səlahiyyətinə son verilib-verilməməsinə dair qərar çıxaracaq.

81 senatordan 54-ü onun əleyhinə səs verərsə, Russeff prezidentlik vəzifəsindən azad ediləcək və onu müvəqqəti əvəzləyən Temer isə 2018-ci ilin sonunadək prezidentlik vəzifəsini icra edəcək.

Temerin avqust ayının 5-i Yay Olimpiya Oyunlarının açılışını edəcəyi gözlənilir. Russefin müttəfiqləri Açılış Mərasimində etiraz aksiyaları keçirməyi qərar alıblar.

XS
SM
MD
LG